Atsğuri-Vale hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib
Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına əsasən, Atsğuri-Vale hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.
“Aparılmış təmizləmə işləri nəticəsində beynəlxalq əhəmiyyətli Xaşuri-Axaltsixe-Vale avtomobil yolunun 51 km – 96 km (Atsğuri-Vale) hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib” – məlumatda qeyd olunub.
Əlverişsiz hava şəraitinə görə avtomobil yollarının ayrı-ayrı hissələrində müəyyən məhdudiyyətlər tətbiq olunur.