Atsğuri küçəsində cari bərpa işlərinə görə, ictimai nəqliyyatın hərəkət sxemi müvəqqəti olaraq dəyişib
Tbilisi Meriyasının məlumatına əsasən, İsani rayonunda Atsğuri küçəsinin tam bərpası prosesi gedir, buna görə də ictimai nəqliyyatın hərəkət marşrutunda müəyyən dəyişikliklər edilib.
Xüsusilə, Vaja Çaçava, Atsğuri və Odiseyi Dimitriadis küçələrindən keçməklə “İsani” metrostansiyası yaxınlığında dairəvi hərəkət edən N296, N312, N318, N322, N330, N341, N356, N361, N376 və N396 avtobusları bu dəfə Çariça Ketevan prospektində dönəcəklər, “İsani” metrostansiyasının qarşısında və metro stansiyasının qarşı tərəfində dayanacaqlar.
İctimai nəqliyyat bu sxem üzrə iki ay ərzində hərəkət edəcək, sonra isə adi marşrutuna qayıdacaq.