Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin vasitəçiliyi ilə Rusiya və Ukrayna Zaporojye elektrik stansiyası ətrafında atəşin müvəqqəti dayandırılması barədə razılığa gəliblər
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin vasitəçiliyi ilə Rusiya və Ukrayna Zaporojye elektrik stansiyası ətrafında atəşin müvəqqəti dayandırılması barədə razılığa gəliblər

Rusiya və Ukrayna Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin vasitəçiliyi ilə Zaporojye elektrik stansiyası yaxınlığında atəşin müvəqqəti dayandırılması barədə razılığa gəliblər.

Bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin direktoru Rafael Qrossi məlumat verib.

O, əldə olunan razılaşmaya və “sükut pəncərəsinin” təmin edilməsinə görə hər iki tərəfə təşəkkür edib. Bu sükut Zaporojye Atom Elektrik Stansiyası ilə Zaporojye İstilik Elektrik Stansiyasının paylayıcı yarımstansiyaları arasında elektrik enerjisinin verilişinin bərpası üçün zəruridir.

Qrossinin sözlərinə görə, təmir işləri bir neçə gün davam edəcək.

Məlumat üçün bildirək ki, Zaporojye Atom Elektrik Stansiyasına nəzarət və onun idarə olunması məsələsi hələ də Ukraynadakı müharibənin başa çatdırılması planı çərçivəsində müzakirə olunan mübahisəli mövzular sırasındadır.