Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin məlumatına görə, İranda üç nüvə obyektinə zərbələrdən sonra obyektlərdən kənarda radiasiya səviyyəsinin artımı qeydə alınmayıb
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin məlumatına görə, İranda üç nüvə obyektinə zərbələrdən sonra obyektlərdən kənarda radiasiya səviyyəsinin artımı qeydə alınmayıb

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (IAEA) məlumatına görə, İranda üç nüvə obyektinə zərbələrin həyata keçirilməsindən sonra həmin obyektlərin xaricində radiasiya səviyyəsinin artımı qeydə alınmayıb. Bu barədə təşkilatın sosial şəbəkə X-də yayımlanan bəyanatında deyilir.

“İranda, o cümlədən Fordo daxil olmaqla, üç nüvə obyektinə zərbələrdən sonra Atom Enerjisi üzrə Beynəlxalq Agentlik təsdiq edə bilər ki, hazırkı mərhələdə obyektlərin xaricində radiasiya səviyyəsində artım müşahidə olunmayıb. Agentlik vəziyyətin dəyərləndirilməsini davam etdirir və əlavə məlumat əldə olunduqca ictimaiyyəti məlumatlandıracaq”, – deyə bəyanatda qeyd olunur.

Bu gün ABŞ Fordo, Natanz və İsfahan şəhərlərində yerləşən İranın üç əsas nüvə obyektinə zərbə endirib. Hücumlar B-2 tipli bombardmançı təyyarələrdən atılan GBU-57 bunker əleyhinə bombalar və sualtı qayıqlardan buraxılan Tomahawk qanadlı raketlər vasitəsilə həyata keçirilib.