“Atlantic” – Volodimir Zelenski Donald Trampdan Ukraynaya Rusiyanın ərazisində ballistik raket buraxan qurğulara zərər vurmaq üçün “Starlink”dən istifadə etməyə icazə verilməsini xahiş edib

18:40, 31.07.2026

 

Ağ Evdə qapalı qapı arxasında keçirilən danışıqlar zamanı Volodimir Zelenski Donald Trampdan Ukraynaya Rusiyanın ərazisində ballistik raket buraxan qurğulara zərər vurmaq üçün “Starlink”dən istifadə etməyə icazə verilməsini xahiş edib.

Bu barədə “Atlantic” mənbələrə istinadən xəbər verir.

Nəşrin məlumatına əsasən, indiyə qədər ictimaiyyətə məlum olmayan bu ideya ABŞ-yə İran müharibəsi səbəbindən ehtiyatı kəskin şəkildə azalmış “Patriot” tipli raketlərin Ukraynaya tədarükündən yayınmaq imkanı verir.

İndiyədək İlon Mask Ukraynaya “Starlink”dən istifadə etməyə yalnız öz ərazisində, o cümlədən ilhaq edilmiş Krımda və Rusiyanın işğal etdiyi digər bölgələrdə icazə verirdi.

“Atlantic”in məlumatına əsasən, Trampla danışıqlarda Zelenski rus qoşunlarının Ukraynanın şəhərlərinə zərbələr endirmək üçün istifadə etdiyi ballistik raket buraxan qurğulara zərər vurulmasının vacibliyini izah edib.

Nəşr qeyd edir ki, ABŞ-yə səfəri çərçivəsində Zelenski bu planı müzakirə etmək üçün İlon Maskla da görüşmək istəyib, lakin danışıqların iştirakçılarından biri milyarderin bundan imtina etdiyini deyib.

Bununla yanaşı, nəşrin qeyd etdiyi kimi, Zelenski Trampa Ukraynanın qış düşənədək raket təhlükəsinə qarşı müqavimət göstərməli olduğunu bildirib.

Ağ Evdəki görüş zamanı Tramp ukraynalı həmkarına bu xahişləri nəzərdən keçirəcəyini deyib, lakin razılaşıb-razılaşmayacağını dəqiqləşdirməyib.

Mənbələrdən birinin verdiyi məlumata əsasən, ABŞ Prezidentinin yekun qərarı böyük ölçüdə Trampın bunun münaqişənin bitməsini sürətləndirəcəyinə inanıb-inanmamasından asılı olacaq.

Oxşar