ATƏT-in parlament Assambleyası "Avqust müharibəsindən 10 il sonra" adlı rezolyusiyası səslərin tam əksəriyyəti ilə təsdiqlədi
Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Sopio Katsarava tərəfindən təşəbbüslənən “Avqust müharibəsindən 10 il sonra” adlı rezolyusiya layihəsini ATƏT-in parlament Assambleyası səslərin əksəriyyəti ilə qəbul etdi.
Bu barədə məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayır.
Sopio Katsaravanın bəyan etdiyinə görə, Rusiya tərəfindən böyük müqavimətə və maneçiliyə baxmayaraq, ATƏT-in Parlament Assambleyası rezolyusiyası qəbul etdi.
Daimi qüvvədə olan nümayəndə heyyətinin rəhbəri tərəfindən təşəbbüslənən rezolyusiyaya əsasən, ATƏT-in parlament Assambleyası Rusiya Federasiyasına Gürcüstan ərazisindən hərbi qüvvələrinin çıxardması üçün müraciət edir.
Rezolyusiyanın səs vermə prosesində Rusiya nümayəndələri iştirak etmədilər.