ATƏT ministrialı çərçivəsində, Qiqi Sereteli Sergey Lavrov ilə görüşdü
“Avropa Gürcüstanı” partiyasının üzvü Qiqi Sereteli, ATƏT Parlament Assambleyasının sədri qismində, ATƏT ministrialında iştirak edir.
Vyanadan Birinci Kanalın jurnalistinin verdiyi məlumata görə, prezident seçildikdən sonra, Qiqi Sereteli ATƏT ministrialına nitqlə ilk dəfə müraciət etdi. Bundan başqa, Qiqi Sereteli ATƏT-in baş katibi, Avstriya Xarici İşlər Naziri, ABŞ Dövlət katibi və Rusiya xarici işlər naziri ilə görüşdü.