ATƏT-də dostluq qrupu Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyən bəyanat qəbul etdi, – bu barədə məlumatı Birinci Kanalın jurnalisti Vyanadan yayır. Burada ATƏT-in ministerialı keçirilir.
ATƏT-də Gürcüstanın dostları, rusiyanı beynəlxalq normaların müdafiəsinə və götürdüyü öhdəliklərin yerinə yetirilməsinə çağırırlar.
Gürcüstanın dostları, Gürcüstanın işğal olunmuş bölgələrində, Cənubi Osetiya və Abxaziyada, etnik əlamətlə ayrı-seçkilik, ana dilində təhsilə məhdudiyyətlər və üzdəniraq borderizasiyanı pisləyirlər.
ATƏT-in üzv ölkələri Cenevrə danışıqları və insidentlərin prevensiyası və onlara münasibət mexanizmi çərçivəsində görüşlərin əhəmiyyətinə diqqət yetirirlər və Rusiyanı, danışıqlarda konstruktiv rol oynamasına çağırırlar.
Dostluq qrupu Gürcüstanın Avroatlantik cəhdini dəstəkləyir və həyata keçirilmiş islahatları müsbət dəyərləndirirlər.