ATƏT-in Parlament Assambleyasının Prezidenti seçkilərlə əlaqədar ATƏT-in tövsiyələrinin tam şəkildə yerinə yetirilməsi çağırışı ilə çıxış edir
ATƏT-in Parlament Assambleyasının Prezidenti Pia Kauma Gürcüstanda keçirilən parlament seçkiləri ilə əlaqədar ATƏT-in hesabatındakı tövsiyələrin tam şəkildə yerinə yetirilməsi çağırışı ilə çıxış edir.
Bu haqda Pia Kauma X sosial şəbəkəsində yazıb və ATƏT tərəfindən ötən həftənin sonunda dərc edilmiş yekun hesabatı paylaşıb.
“ATƏT/DTİHB-nin Gürcüstanda keçirilən seçkilərlə bağlı yekun hesabatına baxın. ATƏT-in Parlament Assambleyasının Prezidenti kimi mən bu hesabatda yer alan tövsiyələrin tam şəkildə yerinə yetirilməsinə çağırıram” – Pia Kauma yazır.