ATƏT-in Parlament Assambleyasının Prezidenti Pia Kauma Gürcüstana səfərini təxirə saldığını bildirir
ATƏT-in Parlament Assambleyasının Prezidenti Pia Kauma Gürcüstana səfərini təxirə saldığını bildirir

 
ATƏT-in Parlament Assambleyasının Prezidenti Pia Kauma Gürcüstana səfərini təxirə saldığını bildirir.

Bu haqda Kauma sosial şəbəkədə yazır.

“Müzakirə və hərtərəfli diskussiyadan sonra mən Gürcüstana səfəri ATƏT-in Parlament Assambleyasının iştirakının ən effektiv olacağı vaxta qədər təxirə salmaq qərarını verdim. Biz yenə də bütün səsləri dinləməyə və ATƏT/DTİHB-nin seçki tövsiyələrinin həyata keçirilməsinə köməklik göstərməyə hazırıq”- Pia Kauma bildirir.

Məlumat üçün bildirək ki, avropalı parlamentari Rihard Kols sosial şəbəkədə yazdı ki, ATƏT-in Parlament Assambleyasının Prezidenti yanvarın 8-10-da nümayəndə heyəti ilə Gürcüstana səfər etməyi planlaşdırır.

Üç müxalifət birliyi Pia Kaumaya məktubla müraciət etdi, məktubda deyilir : “Rejim seçki təyin etmək və siyasi məhbusları azad etmək öhdəliyi götürməyənə qədər səfərin təxirə salınması ən yaxşı qərar olacaq”.

Həmçinin, Qiorqi Qaxaria Pia Kaumaya məktubla müraciət etdi, məktuba əsasən, Qaxaria Pia Kaumanı Tbilisiyə səfərinin məqsədi və vaxtını yenidən nəzərdən keçirməyə çağırıb.