ATƏT-in baş katibi müxalifət partiyalarının nümayəndələri ilə görüşür
ATƏT-in baş katibi Feridun Sinirlioğlu “Rondel” Fondunun ofisində müxalifətin nümayəndələri ilə görüşür.
Feridun Sinirlioğlu “Qaxaria Gürcüstan Naminə”nin sədri Qiorqi Qaxaria ilə artıq görüşüb. Hazırda isə ATƏT-in baş katibi ilə “Lelo”nun üzvü Salome Samadaşvili və “Lelo”nun liderlərindən biri Badri Caparidze görüşür. Həmçinin, “Milli Hərəkat”ın sədri Tina Bokuçava və “Birlik – Milli Hərəkat”ın üzvü Qiqi Tsereteli ilə də görüş planlaşdırılıb.
“Dəyişiklik Naminə Koalisiyası”nın nümayəndələri görüşdə iştirak etmirlər. Onlar bu gün ATƏT-in baş katibi ilə görüşdən imtina etdikləri barədə məlumatın qeyd olunduğu bəyanat yayıblar.