ATƏT-in Baş katibi Feridun Siniroğlu Gürcüstana səfər edib
ATƏT-in Baş katibi Feridun Siniroğlu Gürcüstana səfər edib

ATƏT-in Baş katibi Feridun Siniroğlu Gürcüstana səfərlə gəlib.

Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatına görə, aprelin 22-də Gürcüstanın xarici işlər naziri ilə görüş keçiriləcək, görüşdən sonra Maka Boçorişvili və Feridun Siniroğlu mətbuat qarşısında birgə bəyanatlarla çıxış edəcəklər.

ATƏT-in Baş katibinin Gürcüstanın icraedici və qanunverici hakimiyyətinin yüksək vəzifəli şəxsləri ilə görüşləri nəzərdə tutulub.

Səfər çərçivəsində Feridun Siniroğlu həmçinin işğal xəttinə yaxın yerləşən Odzisi kəndini ziyarət edəcək və yerində mövcud vəziyyətlə tanış olacaq.