ATƏT-də bəyan edirlər ki, Gürcüstanla bağlı "Moskva mexanizmi" üzrə ekspert missiyası bu gündən işə başlayır
ATƏT-də bəyan edirlər ki, Gürcüstanla bağlı "Moskva mexanizmi" üzrə ekspert missiyası bu gündən işə başlayır

 

ATƏT-in məlumatına əsasən, Gürcüstanla bağlı “Moskva mexanizmi” üzrə ekspert missiyası bu gündən işə başlayır.

“Gürcüstanla bağlı ATƏT-in “Moskva mexanizmi” üzrə ekspert missiyası bu gündən işə başlayır. İstənilən müvafiq məlumatı, fevralın 24-nə qədər [email protected] ünvanına təqdim etmək mümkündür” – ATƏT/DTİHB-nin səhifəsində yayılmış bəyanatda qeyd olunub.

Məlumat üçün bildirək ki, yanvarın 29-da ATƏT-in 24 üzv dövləti Gürcüstanla bağlı “Moskva mexanizmi”ni aktivləşdirib və ekspert missiyasının yaradılmasını tələb edib.