ATƏT-in Parlament Assambleyası – Pia Kauma ilə Gürcüstan nümayəndə heyəti arasında müzakirə ötən ilin seçkilərindən sonra ATƏT/DTİHB-nin tövsiyələrinin yerinə yetirilməsinə fokuslanmışdı

16:19, 08.04.2025

 

ATƏT-in Parlament Assambleyası Daşkənddə ATƏT-in Parlament Assambleyasının prezidenti Pia Kauma ilə Gürcüstanın parlament nümayəndə heyətinin görüşü barədə məlumat yayır.

ATƏT-in Parlament Assambleyasının “Twitter” səhifəsində dərc olunan məlumatda qeyd olunduğu kimi, müzakirə Gürcüstanda ötən ilin seçkilərindən sonra ATƏT/DTİHB-nin tövsiyələrinin yerinə yetirilməsinə fokuslanmışdı.

“Daşkənddə Parlamentlərarası İttifaqın Assambleyası çərçivəsində ATƏT-in Parlament Assambleyasının prezidenti Pia Kauma Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili və Parlament Assambleyasında Gürcüstanın nümayəndə heyətinin rəhbəri Nikoloz Samxaradze ilə görüşüb. Müzakirə ötən ilin seçkilərindən sonra ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun tövsiyələrinin yerinə yetirilməsinə fokuslanmışdı” – ATƏT-in Parlament Assambleyasının “Twitter” səhifəsində dərc olunmuş məlumatda qeyd olunub.

Oxşar