“Associated Press” – Venesuela prezidentinin səlahiyyətlərini icra edən şəxs ABŞ-da narkotik alveri ilə bağlı onlarla işdə hallanır
Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriges ABŞ-da narkotik alveri ilə bağlı onlarla işdə hallanır. Bu barədə “Associated Press” yazır.
Nəşrin məlumatına görə, Rodriges illərdir narkotiklərlə mübarizə qurumunun diqqət mərkəzindədir və 2022-ci ildə administrasiya onu hətta prioritet hədəf kimi müəyyənləşdirib.
Qeydlərdən görünür ki, Drug Enforcement Administration Rodrigeslə bağlı ən azı 2018-ci ildən tarixlənən ətraflı kəşfiyyat dosyesi toplayıb. Dosyedə onun narkotik alveri və qızıl qaçaqmalçılığı kimi işlərdə iştirakı təsvir olunur. Konfidensial mənbələrdən biri 2021-ci ildə agentliyə bildirib ki, Rodriges Karib dənizi bölgəsindəki kurortlarda yerləşən hotellərdən pulların yuyulması üçün istifadə edib.
Keçən il o, Nikolás Maduroya yaxın kolumbiyalı biznesmen Aleks Saab ilə əlaqələndirilirdi. Saab ABŞ tərəfindən 2020-ci ildə pulların yuyulması və korrupsiya ittihamları ilə saxlanılıb.