“Associated Press” – Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupu Ramştayn formatında növbəti görüşü keçirəcək, ABŞ-ın Ukraynaya 500 milyon dollarlıq yardım paketini açıqlayacağı gözlənilir

13:45, 09.01.2025

 
Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupu Ramştayn formatında növbəti görüşü bu gün keçirəcək və ABŞ-ın Ukraynaya 500 milyon dollarlıq hərbi yardım paketini açıqlayacağı gözlənilir.

“Associated Press”in iki anonim amerikalı rəsmiyə istinadən yazdığı kimi, ABŞ Ukraynaya əlavə olaraq 500 milyon dollar dəyərində silah tədarük etmək niyyətindədir.

Nəşrin məlumatına əsasən, bu gün müdafiə nazirləri Almaniyanın Ramştayn aviabazasında 25-ci görüşü keçirəcəklər.

“Bizim mesajımız aydındır: beynəlxalq ictimaiyyət Ukraynanın yanında qətiyyətlə dayanır” – ABŞ-ın müdafiə katibi Lloyd Ostin jurnalistlərə deyib.

Oxşar