“Associated Press” – Pentaqonun baş müfəttişi Ukraynada “Starlink” və “Starshield”in fəaliyyətindəki fasilələrlə bağlı istintaqdan imtina edib

15:11, 29.10.2026

 

Pentaqonun baş müfəttişi Ukraynada “Starlink” və “Starshield”in fəaliyyətindəki fasilələrlə bağlı istintaqdan imtina edib. Bu barədə “Associated Press” yazır.

Ukraynalı yüksək vəzifəli şəxslərin İlon Maskın “Starlink” və onun hərbi versiyası olan “Starshield”in rabitə sürətinin məhdudlaşdırıldığını bəyan etməsindən sonra ikipartiyalı qrup (dörd respublikaçı və beş demokrat senator) müfəttişdən istintaq aparmasını xahiş etmişdi.

Müfəttiş qeyd edir ki, onların narahatlığına hərbi-hava qüvvələri daha yaxşı cavab verəcək.

Konqresmen köməkçilərindən birinin qiymətləndirməsinə əsasən, bu, müfəttişin tam imkanlarının olmasına baxmayaraq, istintaqdan imtina etməsidir.

Senator Cin Şahin müfəttişin qərarının narahatedici olduğunu bildirib. Onun sözlərinə əsasən, Tramp administrasiyası və “SpaceX”in fasilələrin səbəbləri ilə bağlı bir-birinə zidd olan izahatları var, bu səbəbdən müstəqil yoxlama lazımdır.

Oxşar