“Associated Press” – Donald Tramp prezidentliyinin elə ilk günündə Ukrayna və Rusiyanı danışıqlar masasına əyləşdirməyi planlaşdırır
Amerika Birləşmiş Ştatlarının seçilmiş prezidenti Donald Tramp prezidentliyinin elə ilk günündə Ukrayna və Rusiyanı danışıqlar masasına əyləşdirməyi planlaşdırır – bu haqda “Associated Press” Trampın planlarından bəhs edən məqaləsində yazır.
Medianın məlumatına əsasən, seçkiöncəsi kampaniya zamanı Tramp dəfələrlə Rusiya ilə Ukrayna arasında müharibəni 24 saata dayandıra biləcəyini deyib.
Respublikaçıların seçkilərdə qalibiyyəti rəsmi şəkildə elan edildikdən sonra onun mətbuat katibi Karolin Levitt bildirib ki, Tramp indi Ukraynada sülh danışıqlarına başlaya biləcək.
“Birinci gün bu müharibəni bitirmək üçün Ukrayna və Rusiyanı danışıqlar masasına əyləşdirməyi əhatə edir” – məqalədə qeyd olunub.
Həmçinin, “Associated Press”in məlumatına əsasən, Tramp administrasiyaya daxil olduğu gün miqrantların kütləvi deportasiyasına başlamağı planlaşdırır.