"Associated Press" - Çin Amerika Birləşmiş Ştatlarının ultimatumunu rədd edir, Rusiyadan neft alınması davam edəcək
"Associated Press" - Çin Amerika Birləşmiş Ştatlarının ultimatumunu rədd edir, Rusiyadan neft alınması davam edəcək

 

Çin Amerika Birləşmiş Ştatlarının ultimatumunu rədd edir, Rusiyadan neft alınması davam edəcək – bu barədə “Associated Press” yazır.

Nəşrə əsasən, Amerika Birləşmiş Ştatları və Çin çoxlu fikir ayrılıqlarını həll edə və sərt rüsumların qarşısını alacaq ticarət sazişi bağlaya bilərlər, lakin bir məsələ ilə əlaqədar hər iki tərəf hələ də razılaşmadan uzaqdır.

“Associated Press”in yazdığı kimi, Vaşinqtonun tələbi Pekinin İran və Rusiyadan neft almasını dayandırmasıdır.

“Çin hər zaman öz enerji təhlükəsizliyini milli maraqlar əsasında təmin edəcək. Təzyiq və məcbur etmə nəticə verməyəcək. Çin öz suverenliyini, təhlükəsizliyini və inkişaf maraqlarını qətiyyətlə qoruyacaq” – Stokholmda iki günlük ticarət danışıqlarından sonra Çin Xarici İşlər Nazirliyi tərəfindən verilmiş bəyanatda deyilir.

Nəşrin məlumatına əsasən, ABŞ Rusiya və İran tərəfindən silahlı qüvvələrin maliyyələşdirilməsini azaltmaq üçün neft satışlarını məhdudlaşdırmağa çalışır.