“Associated Press”: Ankarada Trampın açıqlamalarından sonra Brent markalı xam neftin qiyməti 5,7 faiz artaraq bir barel üçün 78 dolları ötüb

14:45, 08.07.2026

ABŞ Prezidenti Donald Trampın Ankarada verdiyi açıqlamalardan sonra Brent markalı xam neftin qiyməti 5,7 faiz yüksələrək bir barel üçün 78 dolları ötüb.

Bu barədə “Associated Press” məlumat yayıb.

Agentliyin məlumatına görə, Amerika markalı xam neftin qiyməti də 5,8 faiz artaraq bir barel üçün 74,55 dollara çatıb.

Son dövrdə dünya bazarlarında neftin qiyməti ABŞ-İran müharibəsindən əvvəlki səviyyəyə yaxın həddə qədər azalmışdı

Oxşar