“Associated Press”: ABŞ vitse-prezidenti Cey D. Vensi Qış Olimpiya Oyunlarının açılış mərasimindən sonra Ermənistana və Azərbaycana səfər edəcək
ABŞ vitse-prezidenti Cey D. Vensi Qış Olimpiya Oyunlarının açılış mərasimindən sonra Ermənistana və Azərbaycana səfər edəcək.
Bu barədə məlumatı “Associated Press” yayıb.
Məlumata görə, ABŞ Dövlət Katibi Marko Rubio da Milanda Qış Olimpiya Oyunlarının açılışında iştirak edəcək.
“İtaliyadan sonra Vensi Ermənistana və Azərbaycana yola düşəcək. Tramp ona bu ölkələr arasında 40 illik münaqişənin sona çatdırılmasına yönəlmiş razılaşmanın hazırlanmasını tapşırıb”, – “Associated Press” qeyd edir.
Qış Olimpiya Oyunlarının açılış mərasimi Milanda 6 fevral tarixində keçiriləcək.