Associated Press”: ABŞ və Rusiya 2021-ci ildə dayandırılmış yüksək səviyyəli hərbi dialoqu bərpa etməyə razılığa gəlib
ABŞ və Rusiya 2021-ci ildə dayandırılmış yüksək səviyyəli hərbi dialoqu bərpa etməyə razılığa gəlib. Bu barədə məlumatı “Associated Press” yayıb.
Mediaya görə, bu qərar amerikalı və rusiyalı hərbi nümayəndələrin Abu-Dabidə görüşündən sonra qəbul edilib.
Xəbərlərdə bildirilir ki, Abu-Dabidə ABŞ-ın Avropa Qüvvələrinin Komandanı, NATO müttəfiq qüvvələrinin Avropadakı ali komandiri general Aleksus Qrinkevich rus və ukraynalı yüksək rütbəli hərbçilərlə görüşüb.
Açıqlamaya görə, bu kanal hərbçilər arasında davamlı əlaqəni təmin edəcək, çünki tərəflər davamlı sülhün əldə olunması üçün işlərini davam etdirəcəklər.
Yüksək səviyyəli hərbi ünsiyyət 2021-ci ildə, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən əvvəl dayandırılmışdı.