"Associated Press" - ABŞ universitetlərində Fələstin tərəfdarı mitinqlərdə saxlanılanların sayı 2200-ü ötüb
"Associated Press" - ABŞ universitetlərində Fələstin tərəfdarı mitinqlərdə saxlanılanların sayı 2200-ü ötüb

ABŞ-ın universitet şəhərciklərində Fələstini dəstəkləyən etiraz aksiyalarında 2200-dən çox adam həbs edilib.

Bu barədə məlumatı “Associated Press” yayıb.

Medianın yazdığı kimi, etirazçıların əsas tələbi təhsil müəssisələrinin administrasiyalarının İsrailə və Qəzza zolağında müharibəyə dəstək verən şirkətlərlə əməkdaşlıqdan imtina etməsidir.

Bu arada polis dünən Los-Ancelesdəki Kaliforniya Universitetində çadır şəhərciyinin sökülməsi zamanı tələbələr və universitet işçiləri də daxil olmaqla 200-dən çox Fələstin tərəfdarı nümayişçini həbs edib.

ABŞ-da artıq iki həftədir ki, universitetlərdə Fələstin tərəfdarı nümayişlər keçirilir.