Aslan Bjaniya – biz Rusiya ilə sərhəddə nəzarətin sadələşdirilməsi üzərində işləyirik

16:34, 09.06.2024

Rusiya və işğal olunmuş Abxaziya Psou çayı üzərindəki keçid məntəqəsinə nəzarətin sadələşdirilməsi üzərində işləyir.

Bu barədə işğal olunmuş Abxaziyanın de-fakto prezidenti Aslan Bjaniya məlumat verib.

Bjaniyanın dediyi kimi, Psou çayı üzərində köhnə piyada körpüsünün yenidən qurulması işləri aparılır.

“Bu, ölkələr arasında sərhədi keçməyi asanlaşdıracaq. Ancaq vaxt keçdikcə münasibətlərimizdə nəzarət-buraxılış məntəqəsinə ehtiyac olmayacağı bir mərhələyə gələcəyimizi gözləyirəm. Sərhəd olacaq, lakin keçid məntəqəsinə ehtiyac olmayacaq”, – deyə Aslan Bjaniya bildirib.

Oxşar