Asiya İnkişaf Bankının vitse-prezidenti - Orta Dəhliz ölkələrində infrastrukturun gücləndirilməsi üçün 2028-ci ilə qədər üç milyard ABŞ dolları sərmayə qoymağı planlaşdırırıq
Tbilisidə cari “İpək Yolu Forumu”nda Asiya İnkişaf Bankının vitse-prezidenti (Cənubi, Mərkəzi və Qərbi Asiya) İanqminq İanq “Orta Dəhliz: Etibarlılıqdan Səmərəliliyə” adlı panel müzakirəsində Orta Dəhlizin ticarət və nəqliyyat rolu və iştirakçı ölkələrdə infrastruktur layihələrinin maliyyələşdirilməsi haqqında danışıb.
“Siyasi iradə və siyasi sabitlik regional inteqrasiyanı dərinləşdirməyimiz üçün başlanğıc nöqtəsidir. Orta Dəhliz ölkələrində infrastrukturun gücləndirilməsi üçün Asiya İnkişaf Bankı 2028-ci ilə qədər üç milyard ABŞ dolları sərmayə qoymağı planlaşdırırıq. Hər il orta hesabla 750 milyon dollar ayrılacaq. Müqayisə üçün, son 24 il ərzində hər il orta hesabla 150 milyon dollar ayrılırdı. Arzumuz odur ki, rəqəmsal alətlərin və süni intellektin istifadəsi və inteqrasiyası vasitəsilə logistikanın səmərəliliyi artırılsın, xüsusilə də malın çatdırılması və xidmət kontekstində. Bu sahədə rəqəmsal komponentlərin nəzərə alınması olduqca vacibdir” – Asiya İnkişaf Bankının vitse-prezidenti bildirib.
“Tbilisi İpək Yolu Forumu” 2015-ci ildən iki ildən bir keçirilir. Bu il tədbirdə 70-ə yaxın ölkədən 2300-dən çox nümayəndə iştirak edir.