Asiya İnkişaf Bankı Gürcüstanın da üzv olduğu "Mərkəzi Asiyanın Regional İqtisadi Əməkdaşlıq" multimodal dəhlizlərinin əlaqələndirilməsinə üstünlük verir
Asiya İnkişaf Bankı Gürcüstanın da üzv olduğu "Mərkəzi Asiyanın Regional İqtisadi Əməkdaşlıq" multimodal dəhlizlərinin əlaqələndirilməsinə üstünlük verir

 

Asiya İnkişaf Bankı nəqliyyat sahəsində Gürcüstanın da üzv olduğu “Mərkəzi Asiyanın Regional İqtisadi Əməkdaşlıq” multimodal dəhlizlərinin əlaqələndirilməsinə üstünlük verir – bu haqda Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya üzrə baş direktoru Leia Qutierres deyib.

Asiya İnkişaf Bankının nümayəndəsi, dəhlizlərin inkişafının yol və dəmir yolu infrastrukturu, aviasiya, ağıllı mobillik və su nəqliyyatı layihələri vasitəsilə həyata keçiriləcəyini bildirib.

Leia Qutierresin bəyanatına əsasən, tam hüquqlu iqtisadi dəhlizə çevrilmək məqsədi ilə böyük ölçüdə Orta Dəhlizlə əlaqələndirilən ikinci dəhlizə (Çin-İrkeştam-Oş-Əndican-Daşkənd-Səmərqənd-Buxara-Xəzər limanları) xüsusi diqqət yetiriləcək.