Aşağı Kartli polisi İnterpolun qırmızı bülleteni ilə axtarışda olan şəxsi Marneulidə saxlayıb
Aşağı Kartli polisi İnterpolun qırmızı bülleteni ilə axtarışda olan şəxsi Marneulidə saxlayıb

Aşağı Kartli polisi İnterpolun qırmızı bülleteni ilə axtarışda olan şəxsi Marneulidə saxlayıb. Bu barədə məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyi yayıb.

Bildirilib ki, Daxili İşlər Nazirliyinin Aşağı Kartli Polis Departamentinin əməkdaşları İnterpolun qırmızı bülleteni ilə axtarışda olan Türkiyə Respublikası vətəndaşı, 1968-ci il təvəllüdlü E.K.-nı saxlayıblar.

Saxlanılan şəxs Türkiyə Respublikasının hüquq-mühafizə orqanlarının tələbi əsasında, Türkiyədə törədilmiş oğurluq cinayətlərinə görə axtarışda olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları onu həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Marneuli şəhərində saxlayıblar.

Saxlanılan şəxs barəsində qanunvericiliyə uyğun olaraq ekstradisiya prosedurları aparılır.