Artan sərnişin axınına görə Gürcüstan Dəmir Yolları Tbilisi-Batumi-Tbilisi istiqamətində reysləri əlavə edir
Artan sərnişin axınına görə Gürcüstan Dəmir Yolları oktyabrın 5, 7, 12, 14, 19, 21, 26, 28-də Tbilisi-Batumi-Tbilisi istiqamətində reyslər əlavə edir. Bu haqda məlumatı Gürcüstan Dəmir Yolları yayır.
“Əlavə edilmiş cədvəldə qatarların hərəkət qrafikinə baxın;
Biletləri əldə etmək olar: bizim veb səhifəmiz vasitəsilə: ticket.railway.ge; sürətli ödəniş aparatları ilə; Gürcüstan Dəmir Yollarının kassalarında; Gürcüstan Dəmir Yollarının tərəfdaş şirkətləri vasitəsilə” – məlumatda qeyd olunub.
