Artan sərnişin axınına görə Gürcüstan Dəmir Yolları dekabrın 29 və 30-da Tbilisi-Poti-Tbilisi istiqamətində əlavə reyslər təyin edir
Artan sərnişin axınına görə Gürcüstan Dəmir Yolları dekabrın 29 və 30-da Tbilisi-Poti-Tbilisi istiqamətində əlavə reyslər təyin edir. Bu haqda məlumatı Gürcüstan Dəmir Yolları yayır.
Dekabrın 29-30-da qatarlar Tbilisidən səhər saat 08:50-də, Potidən isə axşam saat 17:15-də çıxacaq.
Gürcüstan Dəmir Yollarından verilmiş məlumata əsasən, biletləri əldə etmək olar : dəmir yolunun veb səhifəsi, sürətli ödəniş aparatları, Gürcüstan Dəmir Yollarının kassalarında, Gürcüstan Dəmir Yollarının tərəfdaş şirkətləri vasitəsilə.