"Armenia" aviaşirkəti Yerevandan Batumi istiqamətinə çoxsaylı çarter reysini yerinə yetirəcək
“Armenia” aviaşirkəti Yerevandan Batumi istiqamətinə çoxsaylı mövsümi çarter reysini yerinə yetirəcək. İlk reys dünən həyata keçirildi.
Məlumatı Mülki Aviasiya Agentliyi yayır.
Elə onların məlumatına görə, Gürcüstan Mülki Aviasiya Agentliyi ümçün təqdim olunan ərizəyə müvafiq olaraq, Yerevan-Batumi-Yerevan reysləri 22 iyuna qədər həftədə bir tezliklə həyata keçirləcək. 22 iyundan 15 sentyabra qədər uçuşlar həftədə iki tezliklə olacaq (hər ikisi çərşənbə axşamı günləri).
“Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Mülki Aviasiya Agentliyi tərəfindən çoxsaylı çarter reyslərinin yerinə yetirilməsi üçün icazə cari ilin 11 iyununda verildi”, – məlumatda deyilir.