Arçil Talakvadze - təkrar seçkiləri, o cümlədən plebissiti "Gürcü Arzusu" müzakirə etmir
Arçil Talakvadze - təkrar seçkiləri, o cümlədən plebissiti "Gürcü Arzusu" müzakirə etmir

Nümayişkaranə qeyd etdi ki, təkrar seçkiləri və onunla bağlı hansısa versiyanı, o cümlədən plebissiti “Gürcü Arzusu” müzakirə etmir, – bu barədə Gürcüstan Parlamentinin sədri, Arçil Talakvadze ABŞ səfiri iqamətgahında səfirlərlə görüşün başa çatmasından sonra bəyan etdi.

Elə onun dediyinə görə, seçicilərin seçiminin sübhə altına alınmasına əsas yoxdur.

“Təkrar seçkilərlə bağlı bizim mövqeyimizi bir neçə dəfə qeyd etmişik. Sözsüz ki, bu dəyişməyəcək. Təkrar seçkiləri “Gürcü Arzusu” müzakirə etmir.  Sözsüz ki, bu barədə razılaşmağı planlaşdırmırıq. Pandemiyaya baxmayaraq 2020-ci ilin Parlament seçkilərində iki milyona qədər bizim vətəndaşımız öz seçimini etdi və seçicilərin seçiminin sübhə altına alınmasına əsasımız yoxdur”, – Talakvadze bəyan etdi.