Arçil Talakvadze - Salome Zurabişvili siyasi dialoqa ən önəmli məqamda qoşuldu, düzgün addım atdı ki, razılaşma baş tutsun
Gürcüstan prezidenti siyasi dialoqa ən önəmli məqamda qoşuldu, düzgün addım atdı ki, partnyorlaımızın iştirakı ilı razılaşma və dialoq baş tutsun, – bu barədə Gürcüstan parlamentinin sədri, Arçil Talakvadze bəyan etdi.
Onun dediyinə görə, Gürcüstan prezidenti danışıqlar prosesində pozitiv roy oynadı.
“Bəyan etmək istəyirəm ki, Gürcüstan prezidenti Salome Zurabişvili siyasi dialoqa ən önəmli məqamda qoşuldu. Düşünürəm düzgün addım atdı ki, partnyorlaımızın iştirakı ilı razılaşma və dialoq baş tutsun. Müvafiq olaraq, aramızda, intiturlar kimi aramızda həmişə müvafiq əlaqə var idi və düşünürəm Gürcüstan prezidenti danışıqlar prosesində pozitiv roy oynadı. Sözsüz ki, irəlcədən şərh verə bilmərəm ki, prezident hansı qərarı səsləndirəcək, çünki borclu deyil bu cür qərarları Parlament ilə razılaşdırsın. Birlikdə gözləyək, baxaq nə məlumat olacaq”, – Talakvadze bəyan etdi.
Gürcüstan prezidentinin mətbuat xidmətinin məlumatına görə, Salome Zurabişvili xüsusi bəyanat verəcək. Gürcüstan prezidentinin xüsusi bəyanatı saat 16:00-a planlaşdırılıb.