Arçil Talakvadze - parlament seçkilərindən sonra siyasi “offside”a düşən və parlamentdə bir mandatı olmayanlardan parlamenti tərk etmək çağırışları eşidilir
Parlament seçkilərindən sonra siyasi “offside”a düşən, oyundan kənarda qalan və parlamentdə bir mandatı olmayanlardan parlamenti tərk etmək çağırışları eşidilir- bu barədə Gürcüstan parlamentinin vitse-spiker Arçil Talakvadze bildirib.
Arçil Talakvadze radikal müxalifətin parlamenti tərk etmək barədə bəyanatının istehzalı və gülüş doğurduğunu bildirib.
“Bu məşhur hekayədən demək olar ki, buna bənzəyir- turş idi və dişlərimi bürüşdürdü. Parlamentdəki həmkarlara təxminən belə deyirlər- biz parlamentə daxil ola bilmədik və siz də çıxın. Avropalı həmkarlar xalqın onlara hansı məqsədlə səs verdiyinə görə parlamentdə iştiraka çağırıblar, qalanları demokratiyanı sarsıdan olaraq xarakterizə edilib. Radikal müxalifət parlamenti tərk etməklə hədələyir, onların parlamentin müzakirələrində iştirak etməyən şəxslər olduğunu ictimaiyyət yaxşı xatırlayır. Onların parlamenti tərk etməklə bağlı bəyanatı rişxənd və gülüş doğurur” -deyə Talakvadze bildirib.