Arçil Talakvadze - Meliya dərk edir ki, Saakaşvili və Kezeraşvili partiyanın inkişafına mane olurlar, buna görə də rəhbərliyi öz əlinə keçirməyə çalışır
Arçil Talakvadze - Meliya dərk edir ki, Saakaşvili və Kezeraşvili partiyanın inkişafına mane olurlar, buna görə də rəhbərliyi öz əlinə keçirməyə çalışır

Parlamentin vitse-spikeri, Arçil Talakvadzenin bəyan etdiyinə görə, Nika Melia Meliya və onun ardıcılları Saakaşvili və Kezeraşvilinin partiyanın inkişafına mane olduğunu dərk edirlər, bu da dəfələrlə göründü.

Talakvadzenin dediyinə görə, Nika Meliya partiyanın liderliyini öz üzərinə götürməyə və real qərar qəbul edən şəxs olmağa çalışır.

“Bu hələlik alınmır və ya zəif alınır, partiya daxilində münaqişələr var və qurulmaqdan çox dağıldı. Meliyanın öz şurası var, Nağopiyanın öz bordu var və onlar bir-birindən açıqlamalarında da fərqlənirlər. Xatiya Dekanoidze daha bir xəttdədir və ona qarşı bir çox qarşıdurucu bəyanatlar olub. Görünür ki, bu partiyada böyük qarmaqarşıqlıq var, bu da bizim üçün az maraqlıdır. Ölkənin daxili siyasətininin səmərəli aparılması, hökumətin mümkün qədər iqtisadi inkişafı təmin etməsi daha çox vacibdir. Geridə qalanlar 2024-cü ilin seçkiləri göstərəcək. İctimaiyyətin yaxşı imkanı olacaq ki, müxalifətdən məsuliyyətsiz müxalifəti yola salsın və elə müxalif partiyaıara səs versinlər ki, hansılar da vətəndaşların seçiminə hörmət edirlər və özlərini vətəndaşlar pz boykotlatı ilə yadda saxlatmırlar”, – Arçil Talakvadze bəyan etdi.

“Milli Hərəkatın” sədri Nika Meliya dünən Gürcüstanın Birinci Kanalının efirində bəyan etdi ki, “Kezeraşvili siyasi spektrdən nə qədər uzaqdırsa, bu, şəxsən onun və Gürcüstanın siyasi həyatı üçün, xüsusən İvanişviliyə qarşı mübarizə prosesində bir o qədər yaxşı olacaq”.

Şərh yaz