Arçil Talakvadze - hakim komanda təmin edəcək ki, MSK sədri vəzifəsinə ən layiqli namizəd seçilsin
Parlament müxalifəti zəif və idarə olunmayan qərarı qəbul etdi ki, MSK sədrliyinə namizədlərin seçilməsi prosesinə müvafiq olaraq qoşulmadılar, – bu barədə Parlament çoxluğunun üzvü, Arçil Talakvadze bəyan ertdi.
Elə onun dediyinə görə, həmçinin geniş konsesu yolu ilə MSK-nın sədrliyinə namizədin təsdiq olunmasından tərəddüd etdilər.
“Müxalifətçilərimizin bəyanatını dinlədik, onlar deyirlər ki, namizədlər peşkardılar, təcrübələri var, lakin onu da deyirlər ki, onları dəstəkləməyəcəklər. Bu, məsuliyyətdən qaçınmaqdır və əvvəlki aylar ərzində radikal müxalifət tərəfindən gördüyümüz qeyri-ardıcıllıq qərarına uyğun gəlir. İstənilən təqdirdə, hakim komanda təmin edəcək ki, MSK sədri vəzifəsinə ən layiqli namizəd seçilsin və yerli özünüidarəetmə seçkiləri azad və rəqbətli mühitdə keçirilsin”, – Arçil Talakvadze bəyan etdi.
MSK sədrliyi və üzvülüyünə namizədlərinə bu gün ikinci dəfə səsə qoyacaqlar. Bu ona görə lazım gəldi ki, MSK sədrliyi və üzvülüyünə namizədlər Parlamentdə nirinci səsvermədə lazım olan dəstəyini qazana bilmədilər.