Arçil Talakvadze - "Freedom House" səhvləri düzəltməzsə, bu, təşkilatın tədqiqatlarına qarşı etimadsızlığını daha da dərinləşdirəcək
Arçil Talakvadze - "Freedom House" səhvləri düzəltməzsə, bu, təşkilatın tədqiqatlarına qarşı etimadsızlığını daha da dərinləşdirəcək

“Freedom House”-un hesabatı son dərəcədə tendensiyalı və qeyri-obyektivdir, burada faktlar və mühitlər təhrif edilmişdir, gerçəklikdən tamamilə uzaqdadır, – bu barədə parlament çoxluğunun lideri, Arçil Talakvadze bəyan etdi.

Elə onun dediyinə görə, Gürcüstan barəsində qeyri-obyektiv dəyərləndirmə verdiyi zaman “Freedom House” daha artıq məsuliyyətli olmalıdır.

“Media azadlığı barəsində söhbət olarkən, guya bu istiqamətlə durum pisləşməyə doğru gedir, deyərdim ki, əvvəlki dövr ilə müqyisə etmək olmaz. O zaman media tamamilə inhisar edilmişdir. Bu gün daha artıq media vasitələrimiz var. Jurnalistlərin azad işləməyə imkanları var. Bu gün hakimiyyətə qarşı tənqid daha yüksəkdir, bu isə deməkdir ki, Gürcüstanda media azaddır. İkinci gördüyümüz səfv İctimai Yayımçı barəsində idi ki, guya parlament icalaslarının translasiyasını dayandırdı. Bu düzgün məlumat deyil. Buna göstərişlər verildikdən sonra “Freedom House” bunu dəyişdi.  Təşkilat həmçinin bütün başqa tendensiyalı yekunlarını dəyişməlidir. Eləcə də Bidzina İvanişvili barəsində düzgün olamayan dəyərləndirmə vermişdir. Bilirsiniz ki, baş nazir vəzəifəsini o, öz istəyi ilə tərk etdi və özəl bölməyə qayıtdı. Bu hesabatda isə tamamilə başqa dəyərləndirmələrdir.

Təşkilatın hesabatı ilə diqqətlə tanış olduq və obyektiv münasibət bildirdik. Bu hesabat ABŞ ilə əlaqələrimizə ziyan vura bilməz, lakin “Freedom House” Gürcüstan barəsində qeyri-obyektiv dəyərləndirmə verdiyi zaman daha artıq məsuliyyətli olmalıdır. Təşkilat səhvləri düzəltməzsə, bu, təşkilatın tədqiqatlarına qarşı etimadsızlığını daha da dərinləşdirəcək”, – Talakvadze bəyan etdi.