Arçil Qorduladze - Miqrasiya siyasəti sərtləşdirilib, parlament əmək miqrasiyası və icazələrlə bağlı dəyişikliklər də qəbul edib, qeyri-qanuni miqrantların ölkədə olmaması dövlətin mövqeyidir
Arçil Qorduladze - Miqrasiya siyasəti sərtləşdirilib, parlament əmək miqrasiyası və icazələrlə bağlı dəyişikliklər də qəbul edib, qeyri-qanuni miqrantların ölkədə olmaması dövlətin mövqeyidir

 

Qeyri-qanuni miqrantların ölkəmizdə olmaması dövlətin mövqeyidir – bu haqda parlamentin hüquq məsələləri komitəsinin sədri Arçil Qorduladze deyib.

Onun sözlərinə əsasən, miqrasiya siyasəti sərtləşdirilib və həmçinin, Gürcüstan Parlamenti əlavə olaraq, əmək miqrasiyası və əmək icazələri ilə bağlı dəyişikliklər də qəbul edib.

“Ayrıca cinayət və ayrıca cəza növü kimi ölkədən deportasiya cəzaları, məsuliyyət tədbirləri var. Təkcə qanunvericilik çərçivəsinin dəyişmədiyi, eyni zamanda praktikada da qeyri-qanuni miqrasiyaya, əhalimizi narahat edən və mühüm olan, eləcə də iqtisadiyyatımız üçün də çağırış olan məsələlərə xüsusi diqqət yetirilməsi vacibdir. Gürcüstan Parlamenti əlavə olaraq əmək miqrasiyası və əmək icazələri ilə bağlı dəyişikliklər də qəbul edib. Ümumilikdə, qeyri-qanuni miqrantların ölkəmizdə olmaması dövlətin mövqeyidir. Müxtəlif cinayətkar yolla öz ciblərini doldurmaq və qanunu tamamilə pozaraq Gürcüstana əcnəbiləri gətirən insanlara, əlbətdə, onlara qarşı da məsuliyyət ən sərt olacaq” – Arçil Qorduladze bildirib.