Arçil Qorduladze - İnsanların siyasi motivlərlə dövlət qulluğundan azad edilməsi haqda bəyanat məhz saxtalaşdırılmış 300 min səs qədər həqiqətdir
İnsanların siyasi motivlərlə dövlət qulluğundan azad edilməsi haqda bəyanat məhz saxtalaşdırılmış 300 min səs qədər həqiqətdir – bu haqda parlamentin Hüquq Məsələləri Komitəsinin sədri Arçil Qorduladze Gürcüstanın Birinci Kanalına deyib.
O, sözügedən bəyanatın tamamilə yalan olduğunu bildirib.
“Süni yalanlar hansısa şəkildə ölkənin əleyhinə hərəkət etməyin başqa bir yoludur. Əlbətdə, bütün bunlarda qeyri-hökumət təşkilatları da iştirak edir. Donorlar tərəfindən maliyyələşdirilən məhz bu təşkilatlar bu əsassız yalanları yayırlar” – Qorduladze bildirib.