Arçil Qorduladze – Bizim tərəfdən ABŞ-la həqiqi tərəfdaşlıq münasibətlərinin formalaşdırılmasına hər zaman hazır olmuşuq və hazır olacağıq, ABŞ Prezidentinin məktubu bizdə ehtiyatlı nikbinlik yaradır
“Komandamızla ABŞ-ın hazırkı administrasiyası arasında bütün əsas məsələlər üzrə mövqelərin üst-üstə düşdüyü açıq şəkildə görünür. Bizim tərəfdən hər zaman olub və bundan sonra da olacaq ki, keçmişdə yalnız kağız üzərində mövcud olan deyil, real tərəfdaşlıq münasibətləri formalaşsın”, – bunu parlament çoxluğunun üzvü Arçil Qorduladze bildirib.
Onun sözlərinə görə, Donald Trampın Baş nazir İrakli Kobaxidzeyə ünvanladığı məktub da “Gürcü Arzusu”nda bu istiqamətdə ehtiyatlı nikbinlik yaradır.
“ABŞ Prezidentinin məktubunu da gördük. Əlbəttə, bu, bizdə ehtiyatlı nikbinlik yaradır. Ən vacibi odur ki, ölkəmizin maraqları daim qorunsun. Eyni zamanda anlayırıq ki, hər bir dövlətin öz maraqları var və bu maraqların uzlaşdığı halda, nəticə etibarilə tərəfdaşlıq münasibətlərini təmin etmək mümkündür. Gürcüstan hakimiyyəti buna hər zaman hazır olduğunu bəyan edir”, – deyə Arçil Qorduladze vurğulayıb.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə məktub göndərərək, ABŞ-ın müstəqilliyinin 250 illiyi münasibətilə ünvanlanan təbrikə görə təşəkkür edib.
Tramp məktubunda qeyd edib: “Suverenliyin, təhlükəsizliyin və uzunmüddətli rifahın dəstəklənməsi naminə birgə çalışmaqla mühüm irəliləyiş əldə edə bilərik. Daha təhlükəsiz, firavan və dinc gələcək naminə əməkdaşlığımızın daha da möhkəmlənməsini səbirsizliklə gözləyirəm.”