Arçil Qorduladze – ATƏT qlobal müharibə partiyasının təsirlərinin nüfuz etmədiyi sonuncu qalalardan biri idi, lakin o da süqut etdi
ATƏT qlobal müharibə partiyasının təsirlərinin nüfuz etmədiyi sonuncu qalalardan biri idi, lakin görünür o da süqut etdi və biz onun Gürcüstana qarşı hücumlarının şahidi olduq – bu barədə Parlamentin Hüquq Məsələləri Komitəsinin sədri Arçil Qorduladze deyib
Onun sözlərinə əsasən, ATƏT-in qətnamələri də Avropa Parlamentinin bəyanatları və ya Avropa Şurası Parlament Assambleyasının qətnamələri kimi, sadəcə üzərinə çap olunduqları kağız parçası dəyərindədir.
“Gürcüstanın Qlobal Müharibə Partiyasının təlimatlarını və tapşırıqlarını yerinə yetirməməsi və proksi dövlət kimi davranmaması istisna olmaqla, gürcü cəmiyyətinə hücum üçün təbiətcə heç bir əsas və ya hüquqi arqument yoxdur. Ölkəmizdə xarici idarəçilik bərqərar olunmayıb” – Arçil Qorduladze bildirib.
Məlumat üçün bildirək ki, ATƏT-in Parlament Assambleyası amerikalı konqresmen Co Uilson tərəfindən Gürcüstanla bağlı hazırlanmış tənqidi qətnaməni qəbul edib. Gürcüstan nümayəndə heyəti ATƏT-in Parlament Assambleyasındakı səsvermədə iştirak etməkdən imtina edib və etiraz əlaməti olaraq iclası tərk edib.