Arçil Qorduladze: ABŞ ilə strateji tərəfdaşlığa nail olmaq üçün əlimizdən gələni edirik, Gürcüstanda ABŞ səfirinin təyin olunması vacibdir

16:59, 31.07.2026

“Ehtiyatlı davranırıq, nikbin əhval-ruhiyyədəyik, eyni zamanda ABŞ ilə strateji tərəfdaşlığa nail olmaq üçün əlimizdən gələni edirik”, – bunu parlamentin Hüquq Məsələləri Komitəsinin sədri Arçil Qorduladze bildirib.

Onun sözlərinə görə, Gürcüstanda ABŞ-ın səfirinin təyin olunması mühüm əhəmiyyət daşıyır.

“Biz ehtiyatlı davranırıq, nikbin əhval-ruhiyyədəyik, eyni zamanda ABŞ ilə strateji tərəfdaşlığa nail olmaq üçün əlimizdən gələni edirik. Əlbəttə ki, bu prosesdə ölkənin nümayəndəsi kimi səfirin öz rolu var. Vacib olan odur ki, Gürcüstanda müvəqqəti işlər vəkili deyil, məhz ABŞ-ın səfiri təyin olunsun”, – deyə Arçil Qorduladze bildirib.

Xatırladaq ki, ABŞ-ın Gürcüstandakı səfirliyi Emi V. Diazın səfir vəzifəsini müvəqqəti icra edəcəyini açıqlayıb. Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, baş nazirin müavini və xarici işlər naziri Maka Boçorişvili Emi V. Diaz ilə tanışlıq görüşü keçirib.

Oxşar