Arçil Kalandiya - Uxandan Gürcüstan vətəndaşlarının təxliyyəsi məsələsi üzərində işləyirik
Uxan şəhərindən Gürcüstan vətəndaşlarının təxliyyəsi məsələsi üzərində işləyirik, – bu barədə Gürcüstanın Birinci Kanalına Çin Xalq Respublikasında Gürcüstan səfiri, Arçil Kalandiya bəyan etdi.
Onun dediyinəgörə, həmçinin təxliyyənin türk tərəfi ilə əməkdaşlıqla həyata keçirilməsi məsələsi müzakirə olunur.
Bununla yanaşı, səfirin qeyd etdiyinə görə, Türkiyədən təyyarə hələlik Uxana uçmayıb.
Türk mediasının məlumatına görə, Türkiyə təyyarəsi Çinin Uxan şəhərindən Türkiyənin 34, Gürcüstanın 7, Azərbaycan və Albaniyanın bir vətəndaşını Türkiyəyə aparacaq. “Hürriyet” nəşrinin məlumatına görə, onlara xüsusi paltar paylanacaq və iki həftə ərzində Türkiyə ərazisində karantində qacaqlar.
Gürcüstan Xarici İşlər Nazirliyində təsdiq edirlər ki, Gürcüstan vətəndaşlarının təxliyyəsi barəsində Türkiyə ilə fəal işlər aparılır.