Argentinanın aralıq parlament seçkilərində sağçı "İrəliləyən Azadlıq" alyansı qalib gəlib
Argentinanın aralıq parlament seçkilərində sağçı “İrəliləyən Azadlıq” alyansı qalib gəlib, onun tərkibinə ölkənin indiki prezienti Xavier Mileinin “Libertarian Partiyası” da daxildir.
“BBC”nin məlumatına əsasən, koalisiya səslərin 41%-ni qazanıb, bu isə o deməkdir ki, Senatın 24 yerindən 13-nü, aşağı palatanın isə 127 yerindən 64-nü qazana biliblər.
Nəşrin məlumatına əsasən, seçkilərdə qələbə Mileiyə seçkiqabağı vədlərini yerinə yetirməyə imkan verəcək, bu isə büdcədən xərclərin azaldılmasını və iqtisadiyyatın tənzimlənməsini əhatə edir.
Məlumat üçün qeyd edək ki, Donald Tramp Xavier Mileinin fəal tərəfdarıdır. Səsvermədən əvvəl ABŞ Prezidenti bildirib ki, bu yaxınlarda Argentina üçün elan edilən 40 milyard dolların ayrılması Milei tərəfindən siyasi impulsun qorunub saxlanmasından asılı olacaq.