Argentina Prezidenti İspaniyanın Baş naziri Pedro Sançesi seçkilərdə miqrantların səslərindən istifadə etməkdə ittiham edir
Argentina Prezidenti Xavier Miley İspaniyanın Baş naziri Pedro Sançesi miqrasiya böhranından miqrantlara İspaniya vətəndaşlığı vermək üçün istifadə etməkdə ittiham edib ki, onlar Sançesə səs versinlər.
“İspaniya halında, Sançes bu miqrantlara vətəndaşlıq verir ki, onlar ona səs versinlər və beləliklə, onun tiraniyasının uzanmasına kömək etsinlər” – Xavier Miley bildirib.
“Buenos Aires Times”ın məlumatına əsasən, Argentina Prezidenti öz bəyanatını təsdiqləmək üçün heç bir sübüt təqdim etməyib.
İspaniyada seçicilər Deputatlar Konqresinin tərkibini seçirlər, bundan sonra baş naziri məhz Konqres üzvləri seçir. Deputatlar Konqresinin yeni tərkibinin seçiləcəyi İspaniya parlament seçkiləri ən geci 2027-ci il avqustun 22-dək keçirilməlidir.
Miley həmçinin xarici ölkə vətəndaşları üçün Argentinada dövlət xidmətlərindən, o cümlədən təhsil sahəsindən istifadəyə görə rüsumun tətbiq edilməsini dəstəkləyib.