Arçil Talakvadze - "Milli Hərəkat" müstəqil, ictimai mediyanı onlar tərəfindən təqdim olunan qanunverici təşəbbüsdə əks olunan kimi təsəvvür edir
“Milli Hərəkatın” mediya azadlığı təşəbbüsü cox qəribə anlamdır, “Milli Hərəkat” müstəqil, ictimai mediyanı onlar tərəfindən təqdim olunan qanunverici təşəbbüsdə əks olunan kimi təsəvvür edir, – bu haqqda parlament çoxluğunun lideri Arçil Talakvadze İctimai Yayımçının maliyyələşdirilməsi haqqında “Milli Hərəkat” tərəfindən təqdim olunan qanunverici təşəbbüsü şərh edərkən bildirdi.
Talakvadzenin Birinci Kanal ilə söhbəti zamanı bəyan etdiyinə görə, onlar praktiki olaraq deyirlər ki, İctimai Yayımçı xalqın əlindən alınmalıdır, televizyanın ictimai yayımının funksiyasını, məğzini və hər bir tetrisini yalnız hakimiyyət və hökumət müəyyən etməlidir.
“Bildiyiniz kimi, biz İctimai Yayımçının islahatlarını, onun müstəqilliyini və gələcəkdə İctimai Yayımçı yalnız və yalnəz xalqa məxsus olmasını və xidmət etməsini, dəstəkləyirik. Biz Roman Qotsiridzenin təşəbbüsünü dəstəkləmirik və parlamentdə ona cavab verəcəyik.
Əgər “Milli Hərəkat” azad mediyanı, onların hakimiyyəti dövründə olduğu kimi, tam nəzarət altında olması kimi təsəvvür edirsə, bu gün bu cür olmayacaq. Bu təşəbbüsün parlamentə sıfır dəstəyi olacaq.
Qanunverici təşəbbüsə əsasən, İctimai Yayımçının büdcəsindən ayrılası olan məbləğin miqdarı, xərcləyən idarə tərəfindən təqdim olunan layihə əsasında müəyyən edilir. Yayımçı üçün maliyyələşdirmənin miqdarının minimal faiz həddi ləğv olunur.