Ararat Mirzoyan – Yerevanla Moskva arasında bir sıra xarici siyasət məsələlərində fikir ayrılıqları var
Yerevanla Moskva arasında bir sıra xarici siyasət məsələlərində fikir ayrılıqları var – bu haqda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkə parlamentində çıxışı zamanı bildirib.
Ermənistanın Xarici İşlər Nazirliyinin rəhbəri, ölkələr arasında güclü iqtisadi əlaqələrin olduğunu və eyni zamanda, əlaqələrin kifayət qədər şəffaf olduğunu deyib.
“Biz hər zaman bir-birimizin mövqeyini bölüşmürük. Bu, üzv olduğumuz bir və ya iki meydançaya aiddir. Məsələn, “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı”. Bizim bu struktura münasibətimiz məlumdur” – Ararat Mirzoyan bildirib.
Mirzoyan “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı”nın Ermənistan Respublikasının suveren ərazisinə qarşı təcavüzə kifayət qədər cavab verməməsi ilə bağlı rəsmi Yerevanın mövqeyini bir daha təkrarlayıb, lakin həmçinin qeyd edib ki, “Avrasiya İqtisadi İttifaqı” çərçivəsində qarşılıqlı əlaqə baxımından hər şey yaxşıdır.