Ararat Mirzoyan noyabrın 13-də Gürcüstana rəsmi səfər edəcək
Ararat Mirzoyan noyabrın 13-də Gürcüstana rəsmi səfər edəcək

 

Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan noyabrın 13-də Gürcüstana rəsmi səfər edəcək. Bu haqda məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyi yayır.

Qurumun məlumatına əsasən, səfər çərçivəsində Gürcüstanın xarici işlər naziri Maka Bocorişvili ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçiriləcək.

Strateji tərəfdaşlıq münasibətləri və regional əməkdaşlıq məsələləri müzakirə olunacaq. Görüşdən sonra iki ölkənin xarici işlər nazirləri mətbuat qarşısında bəyanatlar verəcəklər.

Ararat Mirzoyan Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili, Gürcüstanın Baş naziri İrakli Kobaxidze və Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili ilə görüşlər keçirəcək.

Ermənistanın xarici işlər naziri Gürcüstanın birliyi uğrunda həlak olan qəhrəmanların abidəsini əklillə bəzəyəcək.