Ararat Mirzoyan - Gürcüstan və Ermənistanın Hökumətlərarası İqtisadi Komissiya çərçivəsində formalaşdırdığı tərəfdaşlıq çox böyük əhəmiyyət kəsb edir
Gürcüstan və Ermənistanın Hökumətlərarası İqtisadi Komissiya çərçivəsində formalaşdırdığı tərəfdaşlıq çox böyük əhəmiyyət kəsb edir – bu haqda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Yerevanda gürcü həmkarı Maka Bocorişvili ilə birgə mətbuat konfransında deyib.
Nazirin qeyd etdiyi kimi, görüşün gündəliyi tərəfdaşlığın dərinləşdirilməsinə yönəlib.
“Hökumətlərarası İqtisadi Komissiyanın iclası çərçivəsində formalaşdırdığımız tərəfdaşlıq çox böyük əhəmiyyət kəsb edir. Gündəliyə baxsanız, görüşlər o qədər tez-tez keçirilir ki, bütün bunlar onu göstərir ki, bizim məsələlər tərəfdaşlığın dərinləşməsinə yönəlib. Həmkarımın dediyi kimi, həmsədrlər bu məsələlərə vaxt ayıracaq və danışacaqlar. Biz, əlbəttə, bu formatda işimizi görürük” – Ararat Mirzoyan bildirib.