Ararat Mirzoyan – Ermənistan və Rusiyanı dostluq münasibətləri bağlayır, inanırıq ki, bu gələcəkdə də belə davam etməlidir, biz eyni iqtisadi inteqrasiya məkanındayıq
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Rusiya və Ermənistan münasibətləri faktiki tərəfdaşlıqdan daha üstündür. Erməni yüksək rütbəli rəsmi hüquqi, siyasi və iqtisadi istiqamətləri vurğulayıb.
“Bizim bizi müttəfiq edən sazişlərimiz var. Bu, strateji tərəfdaşlıqdan da üstündür. Biz eyni iqtisadi inteqrasiya məkanındayıq – Avrasiya İqtisadi İttifaqındayıq, MDB-nin üzvləriyik” – Ararat Mirzoyan bildirib.
Ermənistanın xarici işlər naziri həmçinin qeyd edib ki, Ermənistan “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı” ilə münasibətlərini dondurub və bunun tənzimlənməsi perspektivini görmür. Mirzoyan bildirib ki, təşviş yaratmağa ehtiyac yoxdur.
“Biz vəziyyəti daha da kəskinləşdirmək istəmirik. Biz yenə də inanırıq ki, Ermənistan və Rusiyanı dostluq münasibətləri bağlayır və bunun gələcəkdə də belə davam etməli olduğuna inanırıq” – Ermənistanın xarici işlər naziri bildirib.
Məlumat üçün bildirək ki, Rusiya və Ermənistan arasında münasibətlər Ermənistan Avropa Siyasi Birliyinin sammitinə ev sahibliyi etdikdən sonra gərginləşib. Çox keçmədən Rusiya aşağı keyfiyyət bəhanəsi ilə Ermənistan mallarının bir hissəsinin ölkəyə idxalını qadağan edib.