Ararat Mirzoyan - Biz Azərbaycanla nəqliyyat infrastrukturunun blokadasının götürülməsinin tərəfdarıyıq, bu, o cümlədən Gürcüstan üçün faydalı olacaq, Azərbaycandan müsbət cavab gözləyirik
Ararat Mirzoyan - Biz Azərbaycanla nəqliyyat infrastrukturunun blokadasının götürülməsinin tərəfdarıyıq, bu, o cümlədən Gürcüstan üçün faydalı olacaq, Azərbaycandan müsbət cavab gözləyirik

 
Biz Azərbaycanla nəqliyyat infrastrukturunun blokadasının götürülməsinin tərəfdarıyıq, Ermənistanın Azərbaycana göndərdiyi təkliflər bu mövqeyə əsaslanır və müsbət cavab gözləyirik – bu haqda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Yerevanda gürcü həmkarı Maka Bocorişvili ilə birgə mətbuat konfransında suala cavab olaraq deyib.

O bildirib ki, Azərbaycanla nəqliyyat infrastrukturunun blokadasının götürülməsi təkcə ölkə daxilində deyil, Gürcüstan da daxil olmaqla bütün region üçün böyük iqtisadi təsirə malik olacaq.

“Ermənistanın mövqeyi rəsmən bəyan edilib, biz Azərbaycanla nəqliyyat infrastrukturunun blokadasının götürülməsinin tərəfdarıyıq. Biz özümüz konstruktiv mövqedən çıxış edirik və həmişə konstruktiv olmuşuq. Ermənistanın Azərbaycana göndərdiyi təkliflər əlbətdə, bu mövqeyə əsaslanır və müsbət cavab gözləyirik. Biz Azərbaycan tərəfinə təklif etdik ki, blokada götürülsün və bu fakt təkcə ölkə daxilində deyil, Gürcüstan da daxil olmaqla, bütün region üçün böyük iqtisadi təsirə malik olacaq. Bu, bizim sülh müqaviləmizdə də bəyan edilib, suverenlik və ərazi bütövlüyü istiqamətində də fundamental mövqelər ifadə olunub. Milli qanunvericiliyə və bu məsələnin qanunvericilikdə necə əks olunmasına gəlincə, təbii ki, 21-ci əsrdir və başa düşürük ki, logistik həllər tapılmalı və proseslər sadələşdirilməlidir. Blokadanın götürülməsindən söhbət gedəndə, istəyirik ki, asan yol seçilsin və istifadə olunsun. Bundan fayda hamıya -Ermənistana, Azərbaycana və başqalarına olacaq. Mövqe bizim üçün eynidir. Nəticələr haqqında danışmaq üçün hələ tezdir” – Ararat Mirzoyan bildirib.

Gürcüstanla strateji tərəfdaşlığa gəlincə, Ermənistanın xarici işlər naziri bu münasibətin böyük tarixin və böyük gələcəyin işi olduğunu deyib.